"Oskar" mərasimində çıxış edəcək musiqiçilərin adları açıqlanıb

"Oskar" mərasimində çıxış edəcək musiqiçilərin adları açıqlanıb "Oskar" mükafatının 89-cu təqdimat mərasimi fevralın 26-da Los-Ancelesdə keçiriləcək
İncəsənət
11 Fevral , 2017 12:54
Oskar mərasimində çıxış edəcək musiqiçilərin adları açıqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Castin Timberleyk, Con Lecend, britaniyalı musiqiçi Stinq, eləcə də amerikalı aktyor və bəstəkar Lin-Manuel Miranda mükafata nominasiya edilmiş mahnılarla "Oskar" mərasimində çıxış edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Amerika Kino Akademiyası bildirib.

Bu musiqiçilərin ifasında "Ən yaxşı film mahnısı" kateqoriyasında "Oskar"a nominasiya edilmiş əsərlər səslənəcək.

Belə ki, Castin Timberleyk "Trolli" (“Trolls”) filmindən "Can’t Stop the Feeling!" saundtrekini ifa edəcək. 2016-cı ildə bu, ABŞ-da ən çox satılan sinql olub.

Stinq “Cim: Ceyms Foulinin hekayəsi” ("Jim: James Foley Story") sənədli film üçün birgə yazdığı "The Empty Chair" mahnısı ilə səhnəyə çıxacaq.

"Oskar" mükafatının 89-cu təqdimat mərasimi fevralın 26-da Los-Ancelesdə “Dolby” teatrında keçiriləcək və ABC televiziya şirkətinin vasitəsilə 225 ölkədə yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi