"Oskar"ın təqdimetmə mərasimi 30 ildə ilk dəfə aparıcısız olacaq

"Oskar"ın təqdimetmə mərasimi 30 ildə ilk dəfə aparıcısız olacaq Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 24-də baş tutacaq Oskar mükafatının təqdimetmə mərasimi aparıcısız keçiriləcək.
İncəsənət
6 Fevral , 2019 07:52
Oskarın təqdimetmə mərasimi 30 ildə ilk dəfə aparıcısız olacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 24-də baş tutacaq "Oskar" mükafatının təqdimetmə mərasimi aparıcısız keçiriləcək.

“Report” xəbər verir ki, bunu ABC telekanalının əyləncəli verilişlər departamentinin direktoru ABC Keri Berk deyib.

Onun sözlərinə görə, prodüserlər qərara gəliblər ki, mükafatları dəvət olunmuş məşhurlar təqdim etsin. Keri Berk bildirib ki, bu ideya həm Amerika Kinoakademiyası, həm də mərasimin yayımlanacağı telekanal tərəfindən dəstəklənib.

Berk eyni zamanda bildirib ki, "bu, mərasimi 3 saata qədər azaltmağın ən yaxşı üsuludur".

"Reuters" xəbər verir ki, "Oskar"ın təqdimetmə mərasimi yalnız 1989-cu ildə aparıcısız keçirilib.

Son xəbərlər

Orphus sistemi