Orxan Fikrətoğlunun əsəri əsasında hazırlanmış tamaşa YUĞ-da nümayiş etdiriləcək

Orxan Fikrətoğlunun əsəri əsasında hazırlanmış tamaşa YUĞ-da nümayiş etdiriləcək "Fəna" tamaşasının premyerası olacaq
İncəsənət
11 Dekabr , 2014 10:50
Orxan Fikrətoğlunun əsəri əsasında hazırlanmış tamaşa YUĞ-da nümayiş etdiriləcək

Bakı.11 dekabr. REPORT.AZ/ Dekabrın 13-də Azərbaycan Dövlət YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanmış “Fəna” tamaşasının premyerası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "YUĞ" teatrının mətbuat xidməti xəbər yayıb.

Tamaşa Orxan Fikrətoğlunun "İtki" hekayəsi əsasında "bir nəfəslik mərifət oyunudur".

Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.

Rolları Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehdiyev, Novruz Novruzlu ifa edirlər.

Son xəbərlər

Orphus sistemi