Yuxarı

Opera və Balet Teatrının solistləri Qırğızıstanda qastrol səfərində olacaq

Opera Teatrının solistləri Bişkəkdə T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcək

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və teatrın solistləri, əməkdar artistlər Fərid Əliyev və İlahə Əfəndiyeva oktyabrın 12-dən 16-na qədər Qırğızıstanda qastrol səfərində olacaq.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Opera Teatrının solistləri oktyabrın 16-da Bişkəkdə T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcək.

Türkdilli ölkələr və MDB-dən dəvət olunan ən yaxşı sənətçilərin iştirakı ilə baş tutacaq konsertdə Azərbaycanı təmsil edəcək Ə.Quliyev, F.Əliyev və İ.Əfəndiyeva klassik dünya bəstəkarları ilə yanaşı, milli musiqi və vokal sənətindən də nümunələr ifa edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi