Opera və Balet Teatrının solisti MDB gənc opera solistlərinin qala-konsertində iştirak edəcək

Opera və Balet Teatrının solisti MDB gənc opera solistlərinin qala-konsertində iştirak edəcək Afaq Abbasova noyabrın 16-17-də Voronej şəhərində çıxış edəcək
İncəsənət
2 Noyabr , 2015 22:38
Opera və Balet Teatrının solisti MDB gənc opera solistlərinin qala-konsertində iştirak edəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova noyabrın 16-17-də Rusiya Federasiyasının Voronej şəhərində Müstəqil Dövlətlər Birliyi gənc opera solistlərinin Qala-konsertində iştirakm edəcək.

"Report" xəbər verir ki, 2015-ci ildə Voronej MDB-nin mədəniyyət paytaxtı elan olunub və müstəqil dövlətlərin sənət ustalarının iştirakı ilə bu şəhərdə çoxsaylı mədəni tədbirlər təşkil olunub.

A.Abbasovanın dəvət olunduğu Qala konsert Dövlətlərarası layihənin yekun tədbiridir. Bütün müstəqil dövlətlərdən güclü səs sahiblərinin iştirak edəcəyi bu konsertdə Azərbaycanı təmsil edəcək Afaq Abbasova orada klassik operalardan parçalarla yanaşı, Üz.Hacıbəylinin ölməz "Koroğlu" operasından Nigarın ariyasını da ifa edəcək.
Qeyd edək ki, Afaq Abbasova gənc olmasına baxmayaraq artıq Azərbaycanın hüdudlarından kənarda kifayət qədər tanınmış bir vokalçıdır. Respublikanın əməkdar artisti, Prezident mükafatçısıdır. Teatrın səhnəsində bir çox klassik və milli opera tamaşalarında ("Traviata", "Trubadur", "İl-Tabarro", "Boqema", "Otello", "Don Karlos", "Sevgi şərbəti", "Manon Lesko", "Sevil", "Arşın mal alan" və s.) aparıcı partiyaları uğurla ifa edir.

Afaq Abbasova Milli vokal sənətimizi Amerika, Avstriya, İtaliya, Almaniya, Yunanıstan, Türkiyə, Şimali Kipr, Fransa, Moldova, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və bir çox başqa ölkələrdə yüksək professionallıqla təmsil edib.

Son xəbərlər

Orphus sistemi