Yuxarı

Opera və Balet Teatrında "Toska" operası nümayiş ediləcək

Baş rolların ifaçıları ilk dəfə bu tamaşada çıxış edəcək

Bakı. 16 may. REPORT.AZ/ Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Toska" operası nümayiş edilək.

"Report" xəbər verir ki, Belarus Respublikasının əməkdar artisti, Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromovun iştirakı ilə təqdim ediləcək üçhissəli operada baş rolları Azərbaycanın gənc əməkdar artistləri İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcək.

Hər iki solist ilk dəfə "Toska" operasında çıxış edir.

Tamaşanın rejissoru Rusiyanın xalq artisti Aleksandr Petrov, quruluşçu rəssamı əməkdar rəssam Ənvər Almaszadə, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterləri Roza Səlimova və Vəfa Əzizovadır.

Rollarda əməkdar artistlər İlahə Əfəndiyeva (Toska), Fərid Əliyev (Kavaradossi), Cahangir Qurbanov (Anjelotti), Əkrəm Poladov (Rizniçiy), xalq artisti Əli Əsgərov (Məhbus), Vladimir Qromov (Skarpia) və başqaları çıxış edir.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi