Opera və Balet Teatrında "Toska" operası nümayiş ediləcək

Opera və Balet Teatrında "Toska" operası nümayiş ediləcək Baş rolların ifaçıları ilk dəfə bu tamaşada çıxış edəcək
İncəsənət
16 May , 2015 17:01
Opera və Balet Teatrında Toska operası nümayiş ediləcək

Bakı. 16 may. REPORT.AZ/ Mayın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Toska" operası nümayiş edilək.

"Report" xəbər verir ki, Belarus Respublikasının əməkdar artisti, Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromovun iştirakı ilə təqdim ediləcək üçhissəli operada baş rolları Azərbaycanın gənc əməkdar artistləri İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcək.

Hər iki solist ilk dəfə "Toska" operasında çıxış edir.

Tamaşanın rejissoru Rusiyanın xalq artisti Aleksandr Petrov, quruluşçu rəssamı əməkdar rəssam Ənvər Almaszadə, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterləri Roza Səlimova və Vəfa Əzizovadır.

Rollarda əməkdar artistlər İlahə Əfəndiyeva (Toska), Fərid Əliyev (Kavaradossi), Cahangir Qurbanov (Anjelotti), Əkrəm Poladov (Rizniçiy), xalq artisti Əli Əsgərov (Məhbus), Vladimir Qromov (Skarpia) və başqaları çıxış edir.

Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərovdur. 

Son xəbərlər

Orphus sistemi