Opera və Balet Teatrında “Leyli və Məcnun” nümayiş etdiriləcək

Opera və Balet Teatrında “Leyli və Məcnun” nümayiş etdiriləcək Məhəbbət qəhrəmanlarını bu dəfə gənc ifaçılar canlandıracaq
İncəsənət
23 Oktyabr , 2015 17:59
Opera və Balet Teatrında “Leyli və Məcnun” nümayiş etdiriləcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının növbəti tamaşası keçiriləcək.

"Report" xəbər verir ki, tamaşada Leyli rolunda istedadlı muğam ifaçısı Arzu Əliyeva, Məcnun rolunda isə əməkdar artist İlkin Əhmədov çıxış edəcək.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

"Leyli və Məcnun" 1908-ci ildən bəri fasiləsiz olaraq Opera və Balet Teatrının repertuarındadır.

Son xəbərlər

Orphus sistemi