Opera və Balet Teatrında "Karmen" operası nümayiş etdiriləcək

Opera və Balet Teatrında "Karmen" operası nümayiş etdiriləcək Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur
İncəsənət
18 Oktyabr , 2016 15:06
Opera və Balet Teatrında Karmen operası nümayiş etdiriləcək
Courtesy İmage

Bakı. 18 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında oktyabrın 26-da Xalq Artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj Bizenin "Karmen" operası nümayiş etdiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qeyd edək ki, F.Hacıyeva 20 ildir Opera və Balet Teatrının solistidir. Bu teatrın səhnəsində bir çox tamaşalarda əsas partiyalarda (Gülçöhrə, Asya ("Arşın mal alan" ), Gülüş ("Sevil"), Azuçena ("Trubadur"), Amneris ("Aida), Rozina ("Sevilya bərbəri") və başqalarında çıxış edib. "Karmen" operasının eyni adlı qəhrəmanının F.Hacıyevanın yaradıcılığında xüsusi yeri var. 

Operada digər əsas partiyaları Əməkdar artistlər Fərid Əliyev (Xoze), Cahangir Qurbanov (Eskamilyo, ilk dəfə), İnarə Babayeva (Mikaela) və b. ifa edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi