Opera və Balet Teatrında "Jizel" baletinin tamaşası keçiriləcək

Opera və Balet Teatrında "Jizel" baletinin tamaşası keçiriləcək Tamaşanın dirijoru Əyyub Quliyevdir
İncəsənət
17 Mart , 2017 20:18
Opera və Balet Teatrında Jizel baletinin tamaşası keçiriləcək
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 26-da dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan "Jizel" baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu əsər uzun illərdir teatrın repertuarındadır və hər dəfə də fərqli ifalarda, bir çox hallarda dəvət olunmuş balet ulduzlarının ifasında tamaşaçılara təqdim olunur.

Martın 26-da baş tutacaq tamaşada isə ilk dəfə olaraq baş rolu - Jizel partiyasını Prezident mükafatçısı Cəmilə Kərimova ifa edəcək. Onun tərəf-müqabili - Qraf Albert rolunda isə əməkdar artist Makar Ferştandt çıxış edəcək.

Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

Son xəbərlər

Orphus sistemi