Opera və Balet Teatrında Çaykovskininin “Qaratoxmaq qadın" operasının premyerası keçiriləcək

Opera və Balet Teatrında Çaykovskininin “Qaratoxmaq qadın" operasının premyerası keçiriləcək Tamaşa martın 12-də nümayiş etdiriləcək
İncəsənət
25 Fevral , 2016 21:09
Opera və Balet Teatrında Çaykovskininin “Qaratoxmaq qadın operasının premyerası keçiriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Martın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı P.Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş ediləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Akademik Opera və Balet Teatrının mətbuat xidməti yayıb.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Mehriban Süleymanovadır.

Tamaşada German partiyasını ifa etmək üçün Ukraynanın xalq artisti, Ukrayna Milli Operasının solisti Andrey Romanenko dəvət olunub.

Operada həmçinin teatrımızın solistləri, əməkdar artistlər Fəridə Məmmədova (Liza), Səbinə Vahabzadə (Qrafinya), Cahangir Qurbanov (Yeletski), Anton Ferştandt (Tomski), Səbinə Əsədova (Polina) və gənc solistlər Tural Ağasıyev (Çekalinski), İlham Nəzərov (Prilepa), Tələt Hüseynov (Narumov) çıxıs edəcək.

Qeyd edək ki, P.Çaykovski 1890-cı il fevralın 19-da Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb və çox qısa müddət ərzində - cəmi 44 günə operanı başa çatdırıb.

Operanın librettosu dahi rus şairi A.Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb. 

Son xəbərlər

Orphus sistemi