Opera və Balet Teatrında "Arşın mal alan" tamaşası göstəriləcək

Opera və Balet Teatrında "Arşın mal alan" tamaşası göstəriləcək Tamaşada ilk dəfə xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək
İncəsənət
9 Mart , 2017 20:57
Opera və Balet Teatrında Arşın mal alan tamaşası göstəriləcək
conrtesy image

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında martın 15-də Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" tamaşası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin gün tamaşada ilk dəfə Azərbaycan səhnəsinin istedadlı simalarından biri xalq artisti İlham Namiq Kamal Soltan bəy rolunda çıxış edəcək. 

Son 20 il ərzində Opera və Balet Teatrının repertuarında möhkəm yer tutan tamaşada digər əsas rollarda xalq artistləri Fidan Hacıyeva (Asya), Gülyaz Məmmədova (Telli), əməkdar artistlər İnarə Babayeva (Gülçöhrə), Fərid Əliyev (Əsgər), Gülüstan Əliyeva (Xala), Ələkbər Əliyev (Vəli), aparıcı solist Tural Ağasıyev (Süleyman) çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələrin laureatı Əyyub Quliyev olacaq.

Son xəbərlər

Orphus sistemi