Yuxarı
    Bağlamaq

    "Donuz balası Peppa dostlarını toplayır" tamaşasının Bakıda ilk premyerası olacaq

    Tamaşa mayın 14-15-də Opera və Balet Teatrında nümayiş etdiriləcək

    Bakı. 19 mart. REPORT.AZ/ Mayın 14-15-də Akademik Opera və Balet Teatrının səhnəsində balaca tamaşaçılar üçün "Donuz balası Peppa dostlarını toplayır" interaktiv tamaşasının ilk premyerası olacaq.

    "Report" xəbər verir ki, tamaşada musiqi nömrələri canlı səsləndiriləcək. Uşaqlar üçün nəzərdə tutulan interaktiv tamaşada balaca tamaşaçılar donuz balası Peppanın və dostlarının macəraları ilə tanış olacaqlar.

    Tamaşanın biletləri Bakı şəhərində fəaliyyət göstərən mərkəzləşdirilmiş kassalarda satılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi