Opera və Balet Teatrı mövsümü qala-konsertlə başa vuracaq

Opera və Balet Teatrı mövsümü qala-konsertlə başa vuracaq Qala-konsertdə simfonik orkestri xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək
İncəsənət
19 İyun , 2017 14:20
Opera və Balet Teatrı mövsümü qala-konsertlə başa vuracaq

Bakı. 19 iyun. REPORT.AZ/ Opera və Balet Teatrı 108-ci mövsümünə iyunun 21-də yekun vuracaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin gün teatrın balet truppasının qala-konserti olacaq. 

Konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri nümayiş etdiriləcək. 

Qala-konsertdə simfonik orkestri xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi