Yuxarı
    Bağlamaq

    Opera və Balet Teatrı mövsümə yekun vurub

    Teatr Cüzeppe Verdinin Traviata operasını nümayiş etdirib

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son səhnə əsəri - italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operası nümayiş olunub.

    "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    "Traviata" teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardan biridir.

    Dahi bəstəkarın fransız yazıçısı Aleksandr (oğul) Dümanın "Kameliyalı qadın" romanı əsasında yazdığı operanın ruhu təzələyən musiqisi hər bir dinləyicinin qəlbinə yol tapır.

    Tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.

    Səhnə tərtibatçısı xalq rəssamı Tahir Tahirovdur.

    Operada partiyaları teatrın aparıcı aktyorları ifa edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi