"Onun atası" filminin çəkilişləri başa çatıb

"Onun atası" filminin çəkilişləri başa çatıb Psixoloji dram janrında çəkilən filmdə Şamil Süleymanlı və Məbud Məhərrəmov çəkilib
İncəsənət
21 Avqust , 2015 17:25
Onun atası filminin çəkilişləri başa çatıb

Bakı. 21 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Onun atası” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Qısametrajlı filmin çəkilişləri avqustun 20-də yekunlaşıb.

Qeyd edək ki, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə əsas rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırıblar. 

Son xəbərlər

Orphus sistemi