​Obama haqqında filmin çəkilişlərindən ilk fotolar dərc edilib

​Obama haqqında filmin çəkilişlərindən ilk fotolar dərc edilib Film gələcək prezident və birinci xanımın necə tanış olmalarından bəhs edir
İncəsənət
15 İyul , 2015 01:07
​Obama haqqında filmin çəkilişlərindən ilk fotolar dərc edilib

Bakı. 15 İyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama haqqında filmin çəkilişlərindən ilk fotolar dərc edilib.

"Report" xəbər verir ki, bu barədə məlumat "The Hollywood Reporter" nəşrinin saytında yerləşdirilib.

Barak və Mişel Obamaların necə cütlük olmalarından bəhs edən filmdə baş rolu amerikalı aktyor Parker Soyers ifa edir. Mişel Obama obrazını isə Tika Stampter canlandırır.

"Southside With You" filmi ABŞ-ın prezidenti olacaq gəncin 1989-cu ilin yayında gələcək birinci xanım ilə necə tanış olmasından bəhs edir.

Son xəbərlər

Orphus sistemi