Yuxarı
    Bağlamaq

    Maykl Duqlas 2019-cu ildə "Qızıl qlobus"un birinci sahibi olub

    Bakı. 7 yanvar. REPORT.AZ/ Amerika aktyoru Maykl Duqlas "teleserialda, komediyada ən yaxşı aktyor" kimi bu il "Qızıl qlobus"un birinci sahibi olub.

    "Report" TASS-a istinadən xəbər verir ki, Los-Ancelesdə bazar günündə keçirilən mükafatlandırma mərasimini NBC telekanalı yayımlayıb.

    Duqlas bu mükafatlara "Kominski metodu" serialında ("The Kominsky Method"-red) baş rolun ifasına görə layiq görülüb. Onun rəqibləri arasında Cim Kerri ("Zarafat edirəm" serialı, Kidding) Saşa Baron Koen ("Amerikada kim var?") olub.

    Duqlas əvvəllər də dəfələrlə "Qızıl qlobus" mükafatına layiq görülüb.

    Daha əvvəl Amerikalı aktyor Maykl Duqlas Hollivudun "Şöhrət xiyabanı"nda üstündə ad yazılmış ulduza layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi