Nyu-Yorkda Türk Filmləri Festivalı başlayır

Nyu-Yorkda Türk Filmləri Festivalı başlayır Festival martın 31-dən aprelin 3-dək keçiriləcək
İncəsənət
29 Mart , 2016 09:55
Nyu-Yorkda Türk Filmləri Festivalı başlayır

Bakı. 29 mart. REPORT.AZ/ Martın 31-dən aprelin 3-dək ABŞ-ın Nyu-York şəhərində Amerika Türk Cəmiyyətinin təşkilatçılığı ilə 15-ci Nyu-York Rük Filmləri Festivalının açılışı olacaq. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, festivalın bu ilki proqramına 7 tammetrajlı film və bir sənədli film daxil edilib.

Festivalın açılışı martın 31-də məşhur türk rejissoru Çağan İrmaqın "Nadidə Həyat" filminin nümayişi ilə başlanacaq. Türk Filmləri Festivalı çərçivəsində Türkiyənin 2016-cı ildə "Oskar" mükafatına namizəd görülən filmi - "Sivas" bədii filminin Nyu-York premyerası da baş tutacaq. Həmçinin, festivalda Fransanın 2016-cı ildə "Oskar"a namizəd görülən "Mustanq" filminin nümayişi gerçəkləşəcək. Festivalın gündəliyinə 52-ci Uluslararası Antalya Film Festivalında 4 nominasiyada Altın Portağal mükafatını qazanan "Sarmaşıq", "Kar Korsanları", "Limonata" və "Motor" filmlərinin nümayişi də daxil edilib. Türkiyənin tanınmış aktyor və rejissorlarının iştirak edəcəyi film festivalında nümayişdən əvvəl sual-cavab gecələri keçiriləcək, aktyorlarla görüşlər olacaq.

Son xəbərlər

Orphus sistemi