Bakı. 29 iyun. REPORT.AZ/
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
"Postskriptum" adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Ekran əsərində, həmçinin əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri rol alıb.
Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.