Nizami Kino Mərkəzinə direktor təyin olunub

Nizami Kino Mərkəzinə direktor təyin olunub Leyli Mirzəyeva direktor vəzifəsinə təsdiqlənib
İncəsənət
15 Fevral , 2016 16:51
Nizami Kino Mərkəzinə direktor təyin olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qeyd edək ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Son xəbərlər

Orphus sistemi