Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb Tamaşaçılar bu gündən ABŞ-ın “Üçüncü artıqdır 2” və Türkiyənin “İçimdəki insan” kinolarına baxa bilərlər
İncəsənət
25 İyun , 2015 13:35
Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlayıb

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 25-dən Nizami Kino Mərkəzində ABŞ-ın “Üçüncü artıqdır 2” və Türkiyənin İçimdəki insan” bədii filmlərinin nümayişi başlayıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Rejissor Set MakFarleynin komediya janrında çəkdiyi “Üçüncü artıqdır 2” filmi məxmər ayı Tedin növbəti sərgüzəştlərindən bəhs edir.

Rollarda Mark Uolberq, Set MakFarleyn, Amanda Sayfred, Liam Nison, Morqan Friman, Patrik Varberton, Maykl Dorn, Dennis Xeysbert, Jessika Bart və Martin Klebba çəkilib.

Nümayiş etdirilən növbəti film "AF Media-Azərbaycan" şirkətinin təqdimatı ilə göstərilən “İçimdəki insan” ekran əsəridir.

Rejissor Aydın Saymanın İrfan Yalçının “Fareyi Öldürmek” adlı romanının motivləri əsasında dram janrında çəkdiyi bu film uşaqlıqdan bəri yaşadığı acılar və haqsızlığa baxmayaraq, “yaxşı” qalmağa çalışan bir insandan bəhs edir.

Rolları Vedat Erincin, Suavi Eren, Füsun Demirel, Şebnem Bozoklu, Melek Şahin, Macit Koper, Menderes Samancılar, Murat Karasu və başqaları ifa edir.  

Son xəbərlər

Orphus sistemi