Nizami Kino Mərkəzində "Unudulmaz" sənədli filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Unudulmaz" sənədli filminin təqdimatı keçirilib “Unudulmaz” filmi ümummilli lider Heydər Əliyevin Klivlend şəhərində olduğu günlərə həsr edilib
İncəsənət
10 May , 2016 16:51
Nizami Kino Mərkəzində Unudulmaz sənədli filminin təqdimatı keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə “Lider” televiziyasının çəkdiyi "Unudulmaz" sənədli filminin təqdimat mərasimini keçirilib.

Bu barədə "Report"a Nizami Kino Mərkəzindən məlumat verilib.

“Unudulmaz” filmi mərhum prezidentin ABŞ-ın Klivlend şəhərində olduğu günlərə həsr edilib. Azərbaycan tamaşaçısının indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə ulu öndərin həkimlərindən özəl müsahibələr və digər maraqlı məqamları yer alıb.

Nümayişindən əvvəl ulu öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla anılıb. Sonra filmin müəllifi jurnalist Elnur Niftəliyev kinolentdə Azərbaycan tamaşaçısının Heydər Əliyevin həyatındakı Klivlend səhifəsi ilə tanış ola biləcəyindən danışıb.

Təqdimat mərasiminə Yeni Azərbaycan Partiyasının rəsmi nümayəndələri, “Lider” televiziyasının rəhbərliyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Ombudsman Aparatının əməkdaşları, filmin yaradıcı heyəti və digər qonaqlar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi