Nizami Kino Mərkəzində Mili kino günü münasibətilə bayram tədbiri keçirilib

Nizami Kino Mərkəzində Mili kino günü münasibətilə bayram tədbiri keçirilib Tədbirdə mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak ediblər
İncəsənət
2 Avqust , 2016 19:15
Nizami Kino Mərkəzində Mili kino günü münasibətilə bayram tədbiri keçirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Nizami Kino Mərkəzində Mili kino günü münasibətilə bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ə.Vəliyev kino xadimlərini və kinosevərləri təbrik edib və bildirib ki, Azərbaycan kinosu uzun yol keçib: "Amma Azərbaycan kinosu Azərbaycan müstəqillik əldə edəndən sonra yeni tarixə qədəm qoyub, film fondu yaranıb, dövlət proqramı qəbul olunub. Günümüzdə Azərbaycan filmləri bütün bölgələrdə kinosevərlərə təqdim olunur. Azərbaycan beynəlxalq kino festivalına ev sahibliyi edib. Kinomuzun uğurları barədə danışmaqla bitməz".

Tədbir zamanı bir qrup kino xadimi fəxri adlarla mükafatlandırılıb.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının hazırladığı Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxının təqdimatı ilə davam edib. Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir. 

Son xəbərlər

Orphus sistemi