Yuxarı
    Bağlamaq

    Nizami Kino Mərkəzində "Elki 5" və "Oldu mu şimdi?" filmlərinin nümayişinə başlanıb

    Filmlər komediya janrındadır

    Bakı. 23 dekabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində dekabrın 22-dən Rusiyanın “Elki 5” və Türkiyənin “Oldu mu şimdi?” filmlərinin nümayişinə başlanıb.

    Mərkəzdən "Report"a verilən məlumata görə, rejissor Timur Bekmambetovun çəkdiyi “Elki 5” filmi komediya janrındadır. Filmdə rolları İvan Urqant, Sergey Svetlakov, Qoşa Kutsenko, Mariya Şukşina, Aleksandr Qolovin, Anna Xilkeviç, Aleksandr Domoqarov(oğul), Kirill Pletnyev, Aleksandr Robak, Anastasiya Smetanina və başqa aktyorlar canlandırıblar. 

    Rejissoru Kenan Öztürk olan “Oldu mu şimdi?” komediya filmi həyatlarındakı səhvləri düzəltmək istəyən dostların təsadüfən varlandıqdan sonrakı yaşamlarından bəhs edir. Filmdə rollarda Yavuz Seçkin, Orhan Aydın, Seda Güven, Serkan Şengül, Emre Mutlu, Oğuzhan Yıldız, Esra Sönmezler və Yakup Yavru çəkiliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi