Nizami Kino Mərkəzində "Dönerse senindir" adlı türk filminin təqdimatı olub

Nizami Kino Mərkəzində "Dönerse senindir" adlı türk filminin təqdimatı olub Qala gecəsində türkiyəli müğənni Murad Boz iştirak edib
İncəsənət
5 Yanvar , 2017 20:11
Nizami Kino Mərkəzində Dönerse senindir adlı türk filminin təqdimatı olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Nizami Kino Mərkəzində "Dönerse senindir" adlı türk filminin qala gecəsi keçirilib.

"Report"un xəbərinə görə, gecədə filmin əsas qəhrəmanlarından olan aktyor və müğənni Murat Boz, aktrisalar Yasemin Allen ve İrem Sakın da iştirak ediblər.

Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Mehmet uzun illərdir Selin adlı qızı sevir. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şirkətlərinə göndərərək müğənni olmaq xəyalı ilə yaşayan bir qadındır. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda, Mehmetin ona tam dəstək olmasına baxmayaraq onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet, Selini yenidən qazanmaq üçün çətin amma gülməli vəziyyətlərə düşür.

Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi