Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə start verib

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə start verib “Su axtaranlar”, “Bir varmış bir yoxmuş ” və “Sevastopol uğrunda döyüş” filmləri nümayiş etdirilir
İncəsənət
3 Aprel , 2015 12:39
Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə start verib

Bakı. 3 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzində “Su axtaranlar”, “Bir varmış bir yoxmuş ” və “Sevastopol uğrunda döyüş” filmlərinin nümayişinə start verilib.

“Report” xəbər verir ki, Türkiyə rejissoru İlksen Başarırın çəkdiyi “Bir varmış bir yokmuş” filmi romantik hekayə janrındadır. Filmdə baş rolları Mert Fırat, Melisa Sözen, həmçinin Hare Sürel, Mustafa Uzunyılmaz, Judit Liberman, Onur Şirin, Anıl Altınöz ve Göktay Tosun ifa edirlər.

Növbəti - Amerika, Avstraliya və Türkiyə istehsalı olan “Son umid-Su axtaranlar” filmini, Hollivud ulduzu Rassel Krou, Endryu Naytın və Endryu Anastasiosun ssenarisi əsasında hərbi dram janrında çəkib.

Film, bir avstraliyalının Birinci Dünya Müharibəsi vaxtı şəhid olmuş oğullarının cəsədlərini axtarıb tapmaq üçün Qallipoli yarımadasına getməsindən bəhs edir. Filmdəki hadisələr 1919-cu ildə baş verir. Baş rollarda Rassel Krou, Cay Kortni, Olqa Kurilenko, İzabel Lukas, Deymon Herriman, Jaklin MakKenzi, Rayan Korr, Meqan Qeyl, Cem Yılmaz və Yılmaz Ərdoğan çəkiliblər.

Hərbi dram, melodram və döyüş janrında olan “Sevastopol uğrunda döyüş” filmini Yeqor Olesovun ssenarisi əsasında rejissor Sergey Mokrovitski ekranlaşdırıb.

Film əfsanəvi snayper-qadın Lyudmila Pavliçenkonun şərəfli həyat yolundan bəhs edir. Rollarda Yuliya Peresild, Yevgeni Tsıqanov, Coan Blekem, Nikita Tarasov, Vilen Babiçev, İlya Prokopiv, Sergey Anaşkin, Aleksandr Polovets, Polina Paxomova və Sergey Bondarenko çəkiliblər.

Son xəbərlər

Orphus sistemi