Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayıb

Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayıb Mərkəzdə "Uzaq yol" və "Gecə qaçağı" adlı ekran əsərlərinə baxmaq olar
İncəsənət
17 Aprel , 2015 11:31
Nizami Kino Mərkəzi yeni filmlərin nümayişinə başlayıb

Bakı. 17 aprel. REPORT.AZ/ Nizami Kino Mərkəzi “Uzaq yol” və “Gecə qaçağı ” filmlərinin nümayişinə başlayıb. 

"Report" xəbər verir ki, Amerika istehsalı olan “Uzaq yol” filmini Kreyq Bolotinin ssenarisi əsasında rejissor Corc Tillman dram və melodram janrında çəkib.

Filmə 16 yaşından yuxarı tamaşaçılar buraxılır. Rodeo üzrə eks-cempion olan Lyuk, yenidən idman həyatına dönməyi fikirləşir. Kollec məzunu Sofiya isə incəsənət sahəsində çalışmaq üçün maraqlı təklif alır. Gənc insanlar xəyal və sevgiləri arasında seçim qarşısında qalarkən Ayra adlı ahıl kişi ilə rastlaşırlar. Yaşlı dostun xanımı ilə yarım əsrlik eşq xatirəsi onlara həyatlarının ən mühüm qərarını verməyə ruhlandırır. 

Filmdə baş rolları Skott İstvud, Britt Robertson, Alan Alda, Cek Hyuston, Una Çaplin, Melissa Benoyst, Lolita Davidoviç, Elea Oberon, Keyt Forbs ifa edir. 

Amerika istehsalı olan “Gecə qaçağı” filmini Bred İnqelsbinin ssenarisi əsasında rejissor Haume Kolyet -Serra döyüş, triller, kriminal dram, və detektiv janrında çəkib. Filmin şüarı “Pis əməl cəzasız qalmayacaq”dır. 

Yaş məhdudiyyəti +18 olan film, keçmiş patronu ilə mübarizəyə girmiş və nəticədə ailəsini mafiya və hakimiyyətin təhdidlərindən müdafiə etmək üçün qaçışda olan killerin həyat dramından bəhs edir.

Rolları aktyorlar Liam Nison, Yuel Kinnaman, Kommon, Ed Harris, Boyd Holbruk, Bryus MakQill, Cenezis Rodriqez , Vinsent D Onofrio, Luis Smit, Bo Napp və başqaları canlandırıb. 

Son xəbərlər

Orphus sistemi