Nizami Kino Mərkəzi Xocalı faciəsi ilə bağlı pulsuz seanslar təşkil edir

Nizami Kino Mərkəzi Xocalı faciəsi ilə bağlı pulsuz seanslar təşkil edir Hərbi-vətənpərvərlik mövzusunda çəkilən filmlər nümayiş etdiriləcək
İncəsənət
25 Fevral , 2015 13:43
Nizami Kino Mərkəzi Xocalı faciəsi ilə bağlı pulsuz seanslar təşkil edir

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 23-cü ildönümündə Nizami Kino Mərkəzi hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərin pulsuz nümayişini təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Fevralın 26-dan səhər saat 10-dan 19-dək Nizami Kino Mərkəzində Vahid Mustafayevin "Xoca", Elxan Cəfərovun "Dolu", gənc rejissor Elvin Abdullayevin "Məriz" qısametrajlı filmi və milli qəhrəmanlar haqqında çəkilən sənədli filmləri gün ərzində tamaşaçılara təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi