Yuxarı

Nizami Kino Mərkəzi “Meriqold hoteli” filminin nümayişinə başlayır

Filmi 12 yaşdan yuxarı hər bir tamaşaçı izləyə bilər

Bakı. 12 mart. REPORT.AZ/ Nizami Kino Mərkəzi martın 12-dən etibarən Böyük Britaniya və ABŞ kinematoqrafçılarının birgə istehsalı olan “Meriqold hoteli” filminin nümayişinə başlayır.

“Report” xəbər verir ki, Ol Parkerin ssenarisi əsasında rejissor Con Meddenin lentə aldığı bu film komik dram janrındadır.

Ekran əsəri ekzotikliyi və yüksək statusu ilə seçilən hoteldən bəhs edir. Bura yerləşən sakinlər macəra dolu məkanı tərk etmək istəmirlər.

Filmdə rolları məşhur aktyorlar Dev Patel, Meqqi Smit, Riçard Gir, Cudi Denç, Denni Maxoni, Devid Streteyn, Bil Nayi, Seliya İmri, Ronald Pikap, Diana Xardkesl, Subxrajyoti Barat və başqaları ifa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi