Bakı. 27 fevral. REPORT.AZ/ Bu ay Nizami Kino Mərkəzinin yaranmasının 75 yaşı tamam olur. Bu münasibətlə apreldə təntənəli yubiley tədbirinin keçirilməsi gözlənilir.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, yubiley tədbirlərinə hazırlıq işləri görülür.
Kino Mərkəz 75 illik yubiley tədbirini apreldə keçirməyi nəzərdə tutub.