Yuxarı
    Bağlamaq

    "Nika" kino mükafatı bu gün təqdim ediləcək

    Mükafata təqdim edilən filmlər arasında Azərbaycan, Qırğızıstan, Gürcüstan və Qazaxıstanın istehsalı olan ekran əsərləri də var

    Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Rusiyanın ən nüfuzlu kino mükafatı sayılan "Nika"nın təqdimat mərasimi olacaq.

    "Report" xəbər verir ki, 28-ci dəfə keçirilən təqdimat mərasimində 10 nominasiya üzrə mükafatlar təqdim ediləcək.

    Andrey Zvyaqinsevin "Leviafan" filmi "Ən yaxşı film" nominasiyasında "Nika" mükafatına təqdim edilib.

    "Ən yaxşı kişi rolu" nominasiyasına, ("Дурак") filminə görə Artem Bıstrov, ("Кино про Алексеева") filminə görə Aleksandr Zbruyev, ("Трудно быть Богом") filminə görə Leonik Yarmolnik, ("Левиафан") filminə görə Aleksey Serbryakov, "Ən yaxşı qadın rolu" nominasiyasında ("Да и Да") filminə görə Aqniya Kuznetsova, ("Левиафан") filminə görə Yelena Lyadova, ("Звезда") filminə görə Severiya Yanuşayskaytenin təqdimatı verilib.

    "MDB və Baltikyanı dövlətlərin ən yaxşı filmi" nominasiyasına təqdim edilən filmlər arasında Azərbaycan, Qırğızıstan, Gürcüstan və Qazaxıstanın istehsalı olan ekran əsərləri də var.

    Nominasiyalar üzrə təqdim edilən filmlərdən hansının qalib olacağı bu gün müəyyən edilsə də, "Nika" nın fəxri mükafatını kimin qazanacağı artıq bəlli olub.

     Belə ki,  "Şərəf və ləyaqət" nominasiyasında mükafat görkəmli aktrisa Liya Axedjakovaya veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi