Nəsibə Zeynalovanın xatirəsinə həsr edilən kitab 3 dildə nəşr ediləcək

Nəsibə Zeynalovanın xatirəsinə həsr edilən kitab 3 dildə nəşr ediləcək Kitabı Azərbaycan Teatr Xadimləri İttifaqı nəşr etdirəcək
İncəsənət
20 Aprel , 2016 10:47
Nəsibə Zeynalovanın xatirəsinə həsr edilən kitab 3 dildə nəşr ediləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqı kitab nəşr etdirəcək.

Bu barədə "Report"a ittifaqın sədri, xalq artisti Azərpaşa Nemət məlumat verib.

Onun sözlərinə görə, kitab 3 dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr ediləcək: "Nəsibə xanımın xatirəsinə həsr edilən yeni kitab nəşr ediləcək. Hazırda Teatr Xadimləri İttifaqında kitabın son tamamlanma işləri gedir. Kitab hazır olan kimi Teatr Xadimləri İttifaqında təntənəli tədbir keçirəcəyik və kitab teatr ictimaiyyətinə təqdim ediləcək".

Son xəbərlər

Orphus sistemi