Yuxarı

Nəsibə Zeynalovanın portreti Teatr Muzeyinə hədiyyə olunacaq

Sənət əsərini Heydər Əliyev Mərkəzinin rəssamı çəkib

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovanın gənc rəssam tərəfindən çəkilmiş portreti Teatr Muzeyinə hədiyyə olunacaq.

Bu barədə "Report"a Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova məlumat verib.

"Nəsibə xanımın yubileyi ilə bağlı Suraxanı rayonu Heydər Əliyev Mərkəzində maraqlı tədbir keçirildi. Həmin tədbirdə Mərkəzin kollektivi adından mənə Nəsibə xanımın portreti hədiyyə olundu. Portret çox yaxşı çəkilib. Bəyəndim. Gələcəkdə həmin portreti Azərbaycan Dövlət Teatr Muzeyinə hədiyyə etmək fikrindəyəm", - deyə o bildirib.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib və tədbirdə Mərkəzin gənc rəssamı Aynur Novruzovanın çəkdiyi portret Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərovaya hədiyyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi