Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, görkəmli sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı Suraxanı rayon Heydər Əliyev Mərkəzində tədbir keçiriləcək.
Bu barədə "Report"a tədbirin təşkilatçısı olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Mərasim aprelin 19-da baş tutacaq.
Tədbirdə xalq artisti İlham Namiq Kamal, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, əməkdar artist Ayan Mirqasımova və Nəsibə Zeynalovanın nəvəsi, Nəsibə Əskərova iştirak edəcək.