Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar filmlərin nümayişi olacaq

Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar filmlərin nümayişi olacaq Filmlərə giriş sərbəstdir
İncəsənət
22 Noyabr , 2016 17:31
Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar filmlərin nümayişi olacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar Nizami Kino Mərkəzində filmlərin nümayişi keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həftə ərzində - noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, noyabrın 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, noyabrın 25-də “Qanun naminə” bədii filmləri və noyabrın 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və qonaqlara təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi