Nəriman Həsənzadənin yubileyidir

Nəriman Həsənzadənin yubileyidir Xalq şairinin 85 yaşı tamam olur
İncəsənət
18 Fevral , 2016 14:55
Nəriman Həsənzadənin yubileyidir

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin doğum günüdür.

"Report" xəbər verir ki, xalq şairi 85 illik yubileyini qeyd edir.

Artıq yubiley tədbirlərinə start verilib. Şairin yubileyi münasibətilə Milli Kitabxanada Nəriman Həsənzadəyə həsr edilən kitab sərgisi açılıb.

Fevralın 23-də isə Azərbaycan Teatr Xadimləri İttifaqında xalq şairinin teatr fəaliyyətinə həsr edilən yubiley tədbiri keçiriləcək.

Qeyd edək ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib.

İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin universiteti bitirib. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitututunu bitirib.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 

Nəriman Həsənzadə ömrünün bu çağında da yazıb-yaratmaqla məşğuldur. 

Son xəbərlər

Orphus sistemi