Nazir müavini: "Teatrlarımıza rəhbərlik edən adamlar işıq, su, yaşıllaşdırma idarəsindən gəlməyiblər"

Nazir müavini: "Teatrlarımıza rəhbərlik edən adamlar işıq, su, yaşıllaşdırma idarəsindən gəlməyiblər" "Bu haqda bəzən elə adamlar danışır ki, 3 dramaturqun, rəssamın, rejissorun adını çəkə bilmir"
İncəsənət
18 Dekabr , 2014 18:22
Nazir müavini: Teatrlarımıza rəhbərlik edən adamlar işıq, su, yaşıllaşdırma idarəsindən gəlməyiblər

Bakı. 18 dekabr. REPORT.AZ/ "Teatr haqqında bəzən elə adamlar danışır, elə adamlar yazı yazırlar ki, 3 dramaturqun, rəssamın, rejissorun adını çəkə bilmir. Teatr haqqında bayağı yazı yazanlar gündən-günə çoxalır. Niyə həmişə pisi qabardırlar, amma yaxşı haqqında bir cümlə demirlər?!"

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi"nin mükafatlandırma mərasimində deyib.

"Teatrlarımıza rəhbərlik edən adamlar işıq, su, yaşıllaşdırma idarəsindən gəlməyiblər. Hər biri işinin peşəkarı, teatra illərini sərf edən adamlardır. Amma onlar haqqında bəzi yazarlar nəyi düşünürlər onu da yazırlar. Belə olmaz axı", - o bildirib.

Ə.Vəliyev teatr sahəsindən yazan bəzi jurnalistləri qərəzli olmaqda suçlayıb və onlara tövsiyə verib.

"Teatrdan yazmaq, teatrdan danışmaq üçün teatrı sevmək lazımdır. Teatra olan sevgi isə ailədən başlamalı, məktəblə davam etməlidir. Yaxşı tərəfləri görüb, yaxşıları qiymətləndirməyə çalışın. Teatrdan yazanda "Qarabağ və teatr", "Səngərdə olan əsgərlərin qarşısında çıxış edən teatrlar hansılardır?",  "Qaçqın teatrların vəziyyəti" və başqa maraqlı mövzulara toxunun. Son illər Azərbaycan teatrları xaricə qastrollara gedir. 25 xarici ölkədə Azərbaycanın müxtəlif teatrları maraqlı qastrol tamaşaları nümayiş etdiriblər. Bunları görmək, qiymətləndirmək lazımdır", - nazir müavini deyib.

Son xəbərlər

Orphus sistemi