Yuxarı

Naxçıvanda "Plov" və "Yallı" festivalları keçiriləcək

Mərasim sentyabrın 30-da baş tutacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Naxçıvanda sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Festivallarda Azərbaycan milli mətbəxinin yeməklərindən olan plov nümayiş etdiriləcək, qədim yallılar ifa olunacaq.

“Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycanda 200-dən çox plov növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.

Muxtar respublikada 40-dan çox yallı oynanılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi