Naxçıvanda istehsal olunan məhsulların və əl işlərinin elektron katoloqu hazırlanacaq

Naxçıvanda istehsal olunan məhsulların və əl işlərinin elektron katoloqu hazırlanacaq Məqsəd həmin məhsulların respublikada və xarici ölkələrdə tanıdılması, reklam və satış həcminin artırılmasıdır
İncəsənət
2 Aprel , 2016 13:57
Naxçıvanda istehsal olunan məhsulların və əl işlərinin elektron katoloqu hazırlanacaq

Bakı. 2 aprel. REPORT.AZ/Naxçıvan Muxtar Respublikasında istehsal olunan ixrac baxımından perspektivli hesab edilən məhsulların elektron kataloqu hazırlanacaq.

"Report" xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi bildirib.

Məqsəd muxtar respublikasında istehsal olunan məhsulların və əl işlərinin respublikada və xarici ölkələrdə tanıdılması, reklam və satış həcminin artırılmasıdır.

Kataloq Azərbaycan və ingilis dillərində olacaq. Kataloqda məhsulların fotoşəkilləri, istehsalçılar haqqında məlumatlar yerləşdiriləcək. Elektron kataloqun “Naxçıvan Məhsulları” MMC-nin www.pronak.az saytında yerləşdirilməsi nəzərdə tutulur. Həmçinin www.agronax.az saytında mağaza bölməsi və kataloq bölməsi təsis olunacaq ki, istifadəçilər burdan məhsullarla tanış olma imkanı əldə edəcəklər.

Elektron kataloqların hazırlanması üçün xalçatoxuma üzrə 35, ağac üzərində oyma sənəti üzrə 50, dekorativ-tətbiqi sənəti üzrə 60, papaqçılıq sahəsi üzrə 20, mis üzərində döymə sənəti üzrə 30, rəssamlıq üzrə 285 olmaqla, ümumilikdə 480 ədəd əl işi və sənət əsərinin fotoşəkilləri çəkilib. Həmin fotoların kataloq halına salınması üzrə işlər aparılır.

Son xəbərlər

Orphus sistemi