Naxçıvan teatrında "Nadir şah" tamaşası hazırlanır

Naxçıvan teatrında "Nadir şah" tamaşası hazırlanır Səhnə əsərinin premyerası yeni teatr mövsümündə olacaq
İncəsənət
23 İyun , 2016 12:33
Naxçıvan teatrında Nadir şah tamaşası hazırlanır

Bakı. 23 iyun. REPORT.AZ/ Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" əsəri əsasında tamaşa hazırlanır.

Bu barədə "Report"a Naxçıvan Teatrının direktoru, xalq artisti Rza Xudiyev məlumat verib.

Onun sözlərinə görə, hazırda tamaşanın məşqləri davam edir. Direktor bildirib ki, səhnə əsərinin premyerası yeni teatr mövsümündə olacaq.

Tamaşanın rejissoru Tofiq Seyidov, musiqi tərtibatçısı əməkdar artist Mübariz Əsgərov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.

Nadir şah obrazını xalq artisti Rza Xudiyev canlandıracaq. Rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Şirzad Abutalıbov, Behruz Haqverdiyev çıxış edəcək. Tamaşada yeganə qadın obrazını Nurbəniz Niftəliyeva ifa edəcək.

Xatırladaq ki, iyunun 24-də Naxçıvan Teatrında Həmid Arzulunun "Əlincə qalası" tarixi dramı nümayiş etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi