"Naxçıvan Mədəniyyətin Beşiyi" adlı III Beynəlxalq Rəsm Festivalı işinə başlayıb

"Naxçıvan Mədəniyyətin Beşiyi" adlı III Beynəlxalq Rəsm Festivalı işinə başlayıb Festivalda 6 ölkədən olan rəssamlar iştirak edirlər
İncəsənət
25 May , 2016 09:03
Naxçıvan Mədəniyyətin Beşiyi adlı III Beynəlxalq Rəsm Festivalı işinə başlayıb

Bakı. 25 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında "Naxçıvan Mədəniyyətin Beşiyi" adlı III Beynəlxalq Rəsm Festivalı başlayıb.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, sərgidə İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətindən olan 5 rəssam da iştirak edib.

Bunlar Vədud Müəzzinzadə, Səid Əyyami, Kübra Radpur, Rüqayyə Caviddust və Rüqayyə Pəhləvanidir.

Dörd gün davam edəcək "Naxçıvan Mədəniyyətin Beşiyi" adlı festivalda müxtəlif növ mədəni və incəsənət işləri nümayiş olunacaq.

Festivalda, həmçinin Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Naxçıvandan (Azərbaycan) olan rəssamlar da iştirak edirlər.

Qeyd edək ki, festivalın qalibləri 2018-ci ildə Naxçıvanda təşkil olunacaq IV Beynəlxalq Rəsm Festivalına rəsmi dəvət olunacaq. Seçilmiş əsərlər Naxçıvan Muxtar Respublikasının Bilik Fondu tərəfindən Mərkəzdə qorunub, Naxçıvanda təşkil olunacaq dövlət tədbirlərində nümayişə qoyulacaq. 

Son xəbərlər

Orphus sistemi