Naxçıvan Bəstəkarlar Təşkilatına yeni sədr seçilib

Naxçıvan Bəstəkarlar Təşkilatına yeni sədr seçilib Təşkilatın konfransı keçirilib
İncəsənət
23 Yanvar , 2016 00:05
Naxçıvan Bəstəkarlar Təşkilatına yeni sədr seçilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən gün Naxçıvan Muxtar Respublikası (NMR) Bəstəkarlar Təşkilatının (BT) konfransı keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə təşkilatın sədri Şəmsəddin Qasımov çıxış edərək quruma böyük qayğı göstərildiyini, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirib.

“2000-ci ilin may ayından yeni tələb və tapşırıqlarla fəaliyyətə başlayan Bəstəkarlar Təşkilatı artıq 15 ildir ki, müntəzəm olaraq muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir”, - deyə o qeyd edib.

Təşkilatın idarə heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən NMR BT üzvü Günay Məmmədova təşkilatın sədri vəzifəsinə tanınmış bəstəkar Yaşar Xəlilovun namizədliyini irəli sürüb, təklif yekdilliklə dəstəklənib. Yaşar Xəlilov ona göstərilən etimada görə təşkilat üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.

Konfransın qərar layihəsi oxunub və yekdilliklə qəbul olunub. Naxçıvan Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək BT-nin ötən müddət ərzində fəaliyyətində olan nöqsanlardan danışıb.

O qeyd edib ki, təşkilat gələcəkdə buraxılan nöqsanları aradan qaldırmalı, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirməlidir.

Son xəbərlər

Orphus sistemi