Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Azərbaycanın milli musiqisini dünyaya tanıdan, nağara ustası Natiq Şirinov konsertə hazırlaşır.
"Report" xəbər verir ki, əməkdar artistin konserti mayın 2-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Natiq Şirinov "Natiq" Ritm Qrupu ilə birlikdə son illər dünyanın bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Növbəti konsert nağara ustasının vətənində baş tutacaq.
"Həyatın nəbzi" adlanan konsertdə Natiq Şirinov maraqlı proqram nümayiş etdirəcək.
Qeyd edək ki, konsertin biletləri artıq satışa çıxarılıb.
Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində saat 19.00-da baş tutacaq konsertin biletlərinin qiyməti 28-80 manatdır.