Yuxarı
    Bağlamaq

    "Natəvan" operası nümayiş etdiriləcək

    Opera xalq artisti Vasif Adıgözəlovun yubileyi münasibətilə oynanılacaq

    Bakı. 22 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

    "Report" xəbər verir ki, bu münasibətlə bəstəkarın "Natəvan" operası nümayiş etdiriləcək.

    "Natəvan" operası teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilib. Xurşidbanu Natəvan obrazını ilk dəfə xalq artisti Xuraman Qasımova ifa edib.

    Libretto müəllifi Nazim İbrahimovdur. Operada görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, Qarabağın insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.

    Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirovdur.

    Yubiley tamaşada teatrın aparıcı solistlərindən əməkdar artist Zemfira İsmayılova (Natəvan), xalq artistləri Azər Zeynalov (Xasay bəy), Şahlar Quliyev (Qasım bəy Zakir), Mənsum İbrahimov (Xanəndə oğlan), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları çıxış edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi