Yuxarı

“Nağıllar Aləmində” tamaşası haqqında sənədli film çəkilib

Fidan Jafarova's film groupun həyata keçirdiyi çəkilişlər artıq başa çatıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində hazırlanan “Nağıllar Aləmində” tamaşası haqqında film çəkilib.

Bu barədə "Report"a çəkiləcək sənədli filmin rejissoru Fidan Cəfərova açıqlama verib.

Yeni çəkiləcək film gənc rejissor və aktrisa Fidan Cəfərovanın diplom işidir. Akademik Milli Dram Teatrının səhnəsində nağıllar əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərovadır.

Tamaşada teatrın gənc aktyor və aktrisa heyəti çıxış edir.

Sənədli filmin rejissoru Fidan Cəfərovanın sözlərinə görə, yeni çəkiləcək sənədli filmdə bu tamaşanın ərsəyə gəlməsinin səhnə arxası özəllikləri və çətinlikləri, məşq prosesindən fraqmentlər, tamaşanın rejissorunun, bədii rəhbərinin, rejissor asistentinin və bütün aktyor heyətinin fikirləri yer alıb.

Filmin izləyiciləri Akademik Milli Dram Teatrında aktyorların səhnə arxası həyatları ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tamaşanın ərsəyə gəlməsi prosesi tam əksini tapıb.

Layihənin rəhbəri tələbə-rejissor Fidan Cəfərova, operatoru Taleh Valehov, işıq rejissoru Vusal Həmdullayevdir.

"Fidan Jafarova's film group" un həyata keçirdiyi çəkilişlər artıq başa çatıb. Montaj işləri gedir.

Fidan Cəfərova filmin təqdimatının yay aylarında baş tutacağını bildirib.

Xatırladaq ki, gənc rejissor Fidan Cəfərova xalq artisti Bəsti Cəfərovanın qızıdır.                                    

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi