Yuxarı

"Nadir şah" tamaşasının premyerası olub

Baş rolda Ramiz Novruz çıxış edib

Bakı.25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Akademik Milli Dram Teatrında "Nadir şah" tamaşasının premyerası olub.

"Report" xəbər verir ki, məşqlərinə ötən teatr mövsümünün sonundan başlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissor, əməkdar artist Vidadi Həsənovdur. Yunus Oğuzun "Nadir şah" romanı əsasında hazırlanan əsər iki hissəli dramatik xronikadır.

Tamaşada baş rolu xalq artisti Ramiz Novruz ifa edib. "Nadir şah" obrazının digər ifaçısı isə əməkdar artist Məmməd Səfa olacaq.

Tamaşada əməkdar artist Vidadi Həsənov, Pərviz Məmmədrzayev, Elşən Rüstəmov, İlham Hüseynov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, Amid Qasımov, Ramin Şıxəliyev, Əminə Babayeva və başqaları rol alıb.

"Nadir şah" tamaşasının bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.

Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi