“Nabat” filmi Yarat Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək

“Nabat” filmi Yarat Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək
İncəsənət
6 May , 2016 10:31
“Nabat” filmi Yarat Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək

Bakı. 6 may. REPORT.AZ/ Yarat Müasir İncəsənət Mərkəzində mayın 10-da Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filminin nümayişi keçiriləcək.

Bu barədə “Report”a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

“Nabat” bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Dram janrında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Fatameh Mohamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

Film Qarabağ müharibəsi dövründə dağ kəndində tənha yaşayan Nabat adlı yaşlı qadından bəhs edir. Bir gün səhər tezdən məlum olur ki, bütün kənd camaatı evlərini tərk ediblər. Nabat kənd xarabaya çevrilməsin deyə hər gecə yalnız qalmış evlərin işıqlarını yandırır. Bunu görən düşmən tərəf düşünür ki, kənd camaatı kənddən çıxmayıb, demək döyüşə hazırdılar. Sonra Nabat bombardman nəticəsində balalarını itirmiş dişi canavarla rastlaşır.

Son xəbərlər

Orphus sistemi