Yuxarı

"Nabat" filmi Boğaziçi beynəlxalq film festivalına dəvət alıb

Film festivalın əsas müsabiqə proqramında yer alıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi noyabrın 20-dən 27-dək Türkiyədə keçiriləcək Boğaziçi beynəlxalq film festivalında nümayiş olunacaq.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" kinostudiyası yayıb.

Film festivalın əsas müsabiqə proqramında yer alıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi