Yuxarı

​"Nabat" filmi beynəlxalq festivalda iki mükafata layiq görülüb - VİDEO

Elçin Musaoğlu Ən yaxşı rejissor işi nominasiyasında qalib olub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Elçin Musaoğlunun rejissorluğu ilə ekranlaşdırılan "Nabat" bədii filmi Qazaxıstanın Almatı şəhərində keçirilən "Avrasiya" beynəlxalq kino festivalında iki mükafata layiq görülüb.

"Report" xəbər verir ki, Azərbaycan filmi "Ən yaxşı qadın rolu" və "Ən yaxşı rejissor işi" nominasiyaları üzrə fərqləndirilib.

Qarabağ müharibəsi dövrünün əks olunduğu filmdə baş rolu İrandan dəvət olunmuş məşhur aktrisa Fatimə Mötəməd canlandırır. Dövlət sifarişi əsasında çəkilən filmin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğludur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi